ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Dünya Çempionatının arenalarının tikintisi zamanı 500-ə qədər miqrant ÖLÜB

Dünya Çempionatının arenalarının tikintisi zamanı 500-ə qədər miqrant ÖLÜB


Qətərdə keçirilən dünya çempionatı üçün stadionların tikintisi zamanı 400-500 miqrant işçi həyatını itirib.

Bu barədə Dünya Kubokunun keçirilməsi və irsi üzrə Ali Komitənin baş katibi Həsən əl-Tavadi bildirib.

Dünya çempionatına hazırlıq zamanı insan haqları təşkilatları və Qərb mediası Qətər hakimiyyətini əmək miqrantlarının, qadınların və cinsi azlıqların hüquqları sahəsində apardıqları siyasətə görə daim tənqid edirdi. Noyabrın 19-da turnir başlamazdan əvvəl Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino bildirmişdi ki, Qərb yalnız dünya çempionatı ətrafında yaranan problemlərdən danışmağa üstünlük verir, əhəmiyyətli irəliləyişlərə diqqət yetirmir. Qətərdə insan haqları məsələsi də gündəmə gətirildi.

"Mühacirlər arasında təxmin edilən ölənlərin sayı 400 ilə 500 arasındadır. Mən dəqiq rəqəm deyə bilmərəm"-Həsən əl-Təvadi deyib

Qətərdəki dünya çempionatının oyunları beş şəhərdə, səkkiz stadionda keçirilir. Turnirdə səkkiz qrupa bölünmüş 32 komanda iştirak edir. Kvartetlərində birinci və ikinci yerləri tutan komandalar pley-offa yüksəlir. Dünya çempionatlarında qələbələrin sayına görə rekordçu Braziliya komandasıdır (beş dəfə). Qətərdə keçirilən dünya çempionatının final oyunu dekabrın 18-də Lusail şəhərindəki Milli Stadionunda keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR