ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan İlon Maskla videoformatda görüşdü

Ərdoğan İlon Maskla videoformatda görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” və “Space X” şirkətlərimin qurucusu İlon Maskla videoformatda görüş keçirib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Görüş zamanı Türkiyədəki dövlət və özəl sektor qurumları ilə şirkət arasında müxtəlif sahələrdə, xüsusilə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

O cümlədən, elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə edilib, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qiymətləndirilib.

Görüşdə Türkiyənin yerli elektrik avtomobili TOGG-nin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar, TÜRKSAT 5-B peykinin kosmosa buraxılması prosesi də müzakirə edilib.

Qeyd edək ki, Mask bir neçə gün öncə "Time" jurnalı tərəfindən "İlin adamı" seçilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR