ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə konsulunu qətlə yetirən ASALA üzvü azadlığa buraxıldı

Türkiyə konsulunu qətlə yetirən ASALA üzvü azadlığa buraxıldı


Kaliforniyada türkiyəli konsulu qətlə yetirən “ASALA” terror təşkilatının üzvü Hambik Sasunyan azadlığa buraxılıb və hazırda Ermənistandadır.

insahuquqlari.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Daşnaksütyun” partiyasının mətbuat xidməti yayıb. Bildirilir ki, partiyanın feysbuk hesabında Sasunyanın mesajı paylaşılıb və o artıq Ermənistana gəldiyini qeyd edib.

Məlumata görə, Amerika məhkəməsi bir neçə il Sassunyanın şərti azadlığa buraxılması ilə bağlı qərar verə bilməyib. 2016-cı ildə Sasunyanın azadlığa buraxılması qərarını Kaliforniyanın o dövrdəki qubernatoru Cerri Braun rədd edilib.

2019-cu ilin dekabrında isə ştatın Məhbusları Azadlığa buraxmaq üzrə Şurası Sasunyanı azad etmək qərarına gəlsə də, ştatın qubernatoru Qevin Nyusom bu qərarı rədd edir.

2021-ci ilin fevralında isə Los-Ancelos Ali Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Nyusom isə öz növbəsində məhkəmənin qərarına qarşı apellyasiya şikayəti verməyəcəyini bəyan edib.

Qeyd edək ki, Hambik Sasunyan 1982-ci ildə Türkiyənin Los –Ancelosdakı konsulu Kemal Arıkanı qətlə yetirib və 1984-cü ildə ömürlük azadlıqdan məhrum edilib. Federal məhkəmə 2002-ci ildə Sasunyana həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verib, lakin bu ərizələr rədd edilib. O, bundan 18 ay sonra yenidən müraciət etmək hüququ əldə edib.
Türkiyə konsulunu qətlə yetirən ASALA üzvü azadlığa buraxıldı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR