ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda 4 aylıq uşaq koronavirusa yoluxdu - VİDEO

Baxış Sayı:14

Azərbaycanda 4 aylıq uşaq koronavirusa yoluxdu - VİDEO

Son günlər uşaqlar arasında koronavirusa yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi 4 aylıqdır , ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.

insahuquqlari.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşaqlar arasında da koronavirusa yoluxanlar var. Ən kiçiyi 4 aylıq, ən böyüyünün isə 16 yaşı var.

Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda koronavirusun mənfi təsirləndikləri müşahidə olunur.Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.

Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.

Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR