ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Kabil aeroportu raket atəşinə tutulub" - KİV

"Kabil aeroportu raket atəşinə tutulub" - KİV

Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanına bir neçə raket atılıb. Raketlər ABŞ hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Unikal.org xəbər verir ki, bu barədə “CNN” adının açıqlanmadığı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, Amerika tərəfinin itkisi yoxdur, amma hər şey dəyişə bilər.

Ümumilikdə 5 raket atılıb, onların hamısının quru qüvvələrini raketlərdən, toplardan və minaatan mərmilərindən qorumaq üçün nəzərdə tutulmuş C-RAM müdafiə sistemi tərəfindən vurulub-vurulmadığı tam aydın deyil.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR