ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ağsuda başlanan yanğın Şamaxıya çatır

Ağsuda başlanan yanğın Şamaxıya çatır

Ağsunun Gəgəli kəndi istiqamətində başlanan yanğın Şamaxıya yaxınlaşıb.

Bu barədə Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, yanğın hələ ki, Şamaxı rayonuna keçməyib: “Yanğının tüstüsü, dumanı görünür, lakin Şamaxıya çatmayıb. Hazırda ərazidə yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində iş görürlər. Hələ ki, yanğının bura keçmə ehtimalı yoxdur”.

Qeyd edək ki, Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısını alınır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR