ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Macarıstan Avropa İttifaqını Türkiyə ilə razılığa çağırdı

Macarıstan Avropa İttifaqını Türkiyə ilə razılığa çağırdı

Macarıstanın Xarici İşlər və Xarici Ticarət Naziri Peter Szicarto, Avropa Birliyinin sığınacaq axtaranlarla bağlı Türkiyə ilə problemlərini bir an əvvəl həll etməsi lazım olduğunu bildirib.

insanhuquqlari.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bunu Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin Brüsseldəki görüşündə deyib.

Szicarto qeyd etdi ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün köç dalğalarının dayandırılması lazımdır.

NATO-nun Əfqanıstandan çıxarılmasının təhlükəsizlik problemi olduğunu vurğulayan nazir, nəticə kimi Əfqan xalqını yenidən köç etməyə məcbur etdiyini nəzərə çatdırıb. O, bu məsələnin həlli üçün Avropa Birliyinin Türkiyə ilə razılaşmalı olduğunu bildirib:

"Yeni miqrasiya təzyiqlərinin qarşısını almaq üçün Türkiyə ilə bütün immiqrasiya məsələləri ən qısa zamanda həll edilməlidir".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR