ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq

Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq


“Ağdam və Füzuli rayonlarında da qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq”.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

V.Mustafayev bildirib ki, hazırda bununla bağlı işlər aparılır:

“Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezliklə bu rayonların qeyri-əhali qrupundan istehlakçılarının abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR