ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ümumi təhsil müəssisələrində “Yay məktəbi” təşkil ediləcək

Baxış Sayı:20

Ümumi təhsil müəssisələrində “Yay məktəbi” təşkil ediləcək

“Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu”.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Bildirilib ki, “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq.

Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR