ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başladı

Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başladı


Qırğızıstan-Tacikistan sərhədinin Leyl bölgəsində yenidən atışma başlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, atışma bir saatdır davam edir.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında insident baş verib. Daha sonra iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurma yaşanıb.

Toqquşma altı saatdan çox davam edib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, 20 nəfər ölüb. Axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlmişdilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR