ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI


Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə açıqlamasında “Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.

O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:

“Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR