ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Beynəlxalq münasibətlər sistemində “ikili standartlar“

Beynəlxalq münasibətlər sistemində “ikili standartlar“
Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədən ilk ABŞ prezidenti olaraq Türkiyəyə və müsəlmanlara olan münasibətini açıq şəkildə ortaya qoydu. Bu hərəkətin Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olacağı qaçılmazdır və dünyada sülh və ədalətə ən böyük xəyanətdir. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzunu ədalətlə araşdırmaq üçün “Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edərək ,tarixi bir mövzunu pis niyyətli siyasətbazların , məkirli və qərəzli dairələrin oyun meydanından uzaqlaşdırmaq istədi. Nə oldu? Özünü demokratik adladıran ölkələr, başda da ABŞ olmaqla bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdi. Artıq gizli niyyətlər ortaya çıxır. Qeyd etmək lazımdır ki, bir əsr bundan öncə baş verən hadisələri heç bir tarixi sənədə istinad etmədən, heç bir hüquqi qeydlər aparmadan bildirdilər. Nə oldu? Özünü demokratik adlandıran ölkələr, başda da ABŞ olmaqla bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdi.Artıq gizli niyyətlər ortaya çıxır.Qeyd etmək lazımdır ki, bir əsr bundan öncəki hadisələri heç bir tarixi sənədə istinad etmədən, heç bir beynəlxalq məhkəmə instansiyası tərəfindən təsdiq edilmədən, sadəcə erməni diasporasının təsiri altında yanlış şəkildə təqdim etmək yanlış olduğu qədər, həm də gülünc və qərəzlidir. Demokratik təfəkkür, dünyaya insan haqlarının ixracatçısı, ”ədalətli” bir ölkənin və onun başbilənlərinin çox yaxın bir tarixdə 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart deyil, bəs nədir? Bu,eyni zamanda intibah dövrünə qədəm qoymuş türkün qarşısını almağa bir cəhddir. Sadəcə bir amili yaddan çıxarırlar, üzbəüz dayandıqları dünya tarixini yazan TÜRK millətidir.

Aybəniz Novruzova
Masallı şəhər sakini

Oxşar xəbərlər
SON XƏBƏRLƏR