ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Nazirlikdən dövlət yasaqlığında ov edilməsi ilə bağlı yayılan fikirlərə REAKSİYA

Nazirlikdən dövlət yasaqlığında ov edilməsi ilə bağlı yayılan fikirlərə REAKSİYA

“Şəki ovçuluq təsərrüfatı Qax Dövlət Yasaqlığının içərisində deyil. Şəki ovçuluq təsərrüfatının dağlıq, orta meşə və Acınohur düzündə olan hissələri var”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov bildirib.

Onun sözlərinə görə, Acınohur düzündə olan hissəsi Qax Dövlət Yasaqlığı ilə həmsərhəddir:

“Amma həmin ərazi Qax Dövlət Yasaqlığının içərisində deyil. Xarici ölkə vətəndaşların Qax Dövlət Yasaqlığında ov etməsi barədə məlumatlar düzgün deyil. Bunlar yanlış fikirdir. Şəki ovçuluq təsərrüfatında ov mövsümündə həm yerli əhali, o cümlədən xarici vətəndaşların ov turizmi təşkil edilir”.

“Əgər bizim gözümüzün qarşısında nəsə baş verərsə, biz ona qiymət verə bilərik”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR