ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Ever Given” dayazlıqdan çıxarıldı

“Ever Given” dayazlıqdan çıxarıldı


Süveyş kanalını bağlayan “Ever Given” konteyner gəmisi dayazlıqdan çıxarılıb.

Bu barədə dəniz xidmətləri təminatçısı “Inchcape Shipping” məlumat yayıb: “Ever Given” yerli vaxtla saat 04:30 radələrində müvəffəqiyyətlə dənizdən çıxarılıb”.

“Bloomberg” nəşrinin məlumatına görə, kanalın hərəkətə nə vaxt açılacağı hələlik məlum deyil. Hazırda növbədə 450-dən çox müxtəlif gəminin olduğu bildirilib.

Xatırladaq ki, Çindən Niderlanda yola düşən 400 metr uzunluğa sahib “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalında saya oturub.

Qeyd edək ki, Süveyş kanalı uzunluğu 160 km, eni 250 m-ə və dərinliyi 20 m-ə qədər olmaqla dünyanın ən fəal istifadə olunan dəniz ticarət yollarından biridir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR