ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Əziz Şuşa,biz səni dirçəldəcəyik!

Əziz Şuşa,biz səni dirçəldəcəyik!

Əziz Şuşa,sən azadsan!
Əziz Şuşa,biz qayıtmışıq!
Əziz Şuşa,biz səni dirçəldəcəyik!

Cənab prezidentin bu sözləri hər bir azərbaycanlının qəlbində yaşayacaq.O gün Azərbaycan tarixində qürur günümüz olaraq yaddaşlara həkk edildi.O anda yaşanılanları sözlə ifadə etmək çətindir.Cənab prezidentin çıxışını uşaqdan böyüyə hamı gözyaşları içində dinlədi.Nəfəslərin tutulduğu an deyirlər ha,bax o anı yaşadıq bütün Azərbaycan olaraq.

Bir gənc olaraq prezidentimizin zəfər çıxışını necə həyəcanla dinləyirdimsə,16.03.2021-ci ildə cənab prezidentin Şuşa səfərində etdiyi çıxışı da eynən o həyəcanla izlədim.Erməni cəlladlarının gözəl Şuşamlzdaki etdiyi vəhşilikləri görməmək mümkün deyil.Cənab prezidentin dediyi kimi:Erməniləri müdafiə edən,onları dəstəkləyən,onlara həmişə arxa,dayaq olan dairələr gəlsinlər görsünlər bu vəhşilər nə ediblər.Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir.Onları dəstəkləyənlər çox gözəl bilirdilər o mənfurların etdiyi vəhşilikləri,amma susmaqda davam edirdilər.Biz isə başda Ali Baş Komandanımız olmaqla bütün dünyaya onların etdiyi vəhşilikləri göstərdik.Dünya tarixində belə bir vəhşilik olmayıb və biz bunu sübut edəcəyik.

Şuşadakı mədəni abidələrimiz olan Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin,Vaqifin məqbərəsinin,Pənah xanın sarayının qalıqlarının,Bülbülün ev muzeyinin dağıdılmış görüntüləri bir azərbaycanlı kimi məni də həm məyus etdi,həm də qəzəbləndirdi.Bu daşların,divarların nə günahı vardı?????Onları dağıtmaqla Azərbaycan tarixini siləcəyini mi düşünürdünüz? ??????

Biz Bakıda erməni kilsəsini qoruyub saxladığımız halda,Şuşadakı məscidlərimiz dağıdmağınıza,orda heyvan saxlamağınıza nə ad vermək olar bəs????Mən deyim:Vandalizm,terrorizm,vəhşilik.

Amma biz etdiklərinizi cavabsız qoymadıq.Bütün Azərbaycan olaraq qayıtdıq,torpaqlarımızı işğaldan azad etdik.Və Ali Baş Komandanımız demişkən,biz Şuşamızı əvvəlki kimi gülüstana çevirəcəyik.Şuşanın,eləcə də işğal altından qurtarılan bütün torpaqların bərpası üçün bütün imkanlar səfərbər olunacaq.
Biz məscidlərimizi də təmir edəcəyik,Pənah xanın sarayını da,Vaqifin məqbərəsini də.Buna bizim həm maddi,həm də mənəvi gücümüz çatacaq.Heydər Əliyev Fondu bir çox yerlərin təmirini öz vəsaiti hesabına götürmüşdür.Vaqifin məqbərəsi də onlardan biridir.Mən inanıram ki,Heydər Əliyev Fonduna xas olan zövqlə,Mehriban xanımın rəhbərliyi ilə o yerlər çox gözəl təmir olunacaq.

Son olaraq fikrimi prezidentimizin sözləri ilə bitirmək istəyirəm:

“BİZ ŞUŞAMIZI QAYTARDIQ!!!BİZ ORANI AZƏRBAYCANIN MƏDƏNİYYƏT PAYTAXTI ELAN ETDİK VƏ BİZ ORADA CƏNNƏT YARADACAĞIQ VƏ BUNU BÜTÜN DÜNYA GÖRƏCƏK"

ADPU, 1-ci kurs tələbəsi Zeynallı Fidan

Oxşar xəbərlər
SON XƏBƏRLƏR