ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya bu şəxsi Xarkova rəhbər təyin edəcək

Rusiya bu şəxsi Xarkova rəhbər təyin edəcək


Yaxın vaxtlarda rus işğalçıları Xarkov vilayətinin ələ keçirdiyi ərazilərə yeni “hökumət başçısı” təyin edəcəklər. O, Krasnodarın hazırkı meri Andrey Alekseenkodur.

Bu barədə rusiyalı tanınmış jurnalist Vladimir Solovyov "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Alekseenko "Kubanda tanınmış sima" kimi tanınır.

Bundan əvvəl Alekseenko Xarkov vilayətinə səfərindən video yayımlayıb və Krasnodar vilayətinin bölgəni ələ keçirdiyini açıqlayıb.

Rusiyada hazırda Alekseenko rüşvətxorluqda təhqiq edilir. Proses 2021-ci ilin dekabrında başlayıb. May ayında Krasnodarın meri Alekseenko Ukraynaya qarşı müharibəyə “könüllülərin” cəlb edilməsində hərbi komissarların dəstəklənməsi haqqında sənəd imzalayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR