ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Nur-Sultanda karantin tədbirləri gücləndirilir

Nur-Sultanda karantin tədbirləri gücləndirilir


Bu gündən etibarən Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirləri gücləndirilir.

insahuquqlari.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat paytaxtın baş sanitar həkiminin imzaladığı qərarda yer alıb.

Qərara əsasən, paytaxt sakinlərinə insanların çox toplaşdığı yerlərdə maska taxmaq tövsiyə edilir.

Bununla yanaşı, 5 yaşa qədər uşaqlar istisna olmaqla, hər kəsə ticarət və əyləncə mərkəzlərində, kinoteatrlarda, xidmət məntəqələrində, avtovağzallarda, qapalı bazarlarda, ictimai nəqliyyatda maska taxılması tövsiyə edilir.

Həmçinin hamilə qadınların, koronavirus əleyhinə vaksinlərə əks göstərişi olan və COVID-19 xəstələri ilə sıx təmasda olan işçilərin distant iş formatına keçirilməsi tövsiyə olunur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR