ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanın Ermənistana buraxmadığı hərbi təyinatlı yük Rusiyaya geri qaytarılır

Gürcüstanın Ermənistana buraxmadığı hərbi təyinatlı yük Rusiyaya geri qaytarılır


Rusiyadan yola çıxan və hərbi təyinatlı mallarla yüklənmiş yük maşınları Gürcüstan sərhəddindən Ermənistana buraxılmadığı üçün geri qayıdır.

Bu barədə Ermənistan mediası xəbər yayıb.

Qeyd edək ki, zirehli gödəkcə yüklənmiş nəqliyyat vasitələri bir aya yaxın idi ki, Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılırdı.

Məlumata görə, nəqliyyat vasitələri martın 5-də Moskvadan çıxıb, martın 28-də Gürcüstanın nəzarət buraxılış məntəqəsinə çatıb. Burada sərhədçilər sürücülərin sənədlərini və hərbi təyinatlı yükü müsadirə edib, onların yola davam etməsinə qadağa qoyub.

Gürcü sərhədçilər yükün buraxılması üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR