ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Baydenin telemüraciəti zamanı təkcə senator deyil, xalq da mürgüləyib

Baydenin telemüraciəti zamanı təkcə senator deyil, xalq da mürgüləyib
ABŞ-ın 46-cı Prezidenti Co Baydenin Konqresə ilk mesajının yayımını təqribən 27 milyon insan izləyib. Bu sələfi Donald Trampın 2017-ci ildəki müraciətini izləyənlərin sayından 20 milyon azdır.

Bu barədə “Deadline” xəbər yayıb.

Qeyd edək ki, Trampın 2020-ci ildəki son mesajı belə Baydenin Konqresə müraciətini izləyənlərin sayından 10 milyon artıq olub.

Xatırladaq ki, 46-cı prezidentin çıxışı zamanı respublikaçı senator Ted Kruzun mürgüləməsi ilə bağlı kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb. Görünür bu videonun populyarlıq qazanması təsadüfi olmayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR