ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Misirdə iki qatar toqquşdu - 32 ölü, azı 66 yaralı + Video

Misirdə iki qatar toqquşdu - 32 ölü, azı 66 yaralı + Video


Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər həlak olub və azı 66 nəfər xəsarət alıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

İnsident Qahirədən cənubda yerləşən Sohaq əyalətində baş verib. Toqquşma nəticəsində üç vaqon çevrilib. Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə yerinə xəsarət alanların yaxınlıqdakı xəstəxanalara çatdırılması üçün 36 təcili yardım maşını göndərilib.

Misirin Baş Prokurorluğu qəzanın araşdırılmasına başlamağa, nəqliyyat naziri isə hər iki qatarın maşinistlərinin saxlanılmasına qərar verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR