ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Məqsədimiz gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır" - Fərid Qayıbov

"Məqsədimiz gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır" - Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığından danışıb.

F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb. Nazir qeyd edib ki, bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır: "Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq".
Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: "Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır. Əminəm ki, "gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR