ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Kürdəmirdə gənc qadın güllə xəsarəti alıb

Kürdəmirdə gənc qadın güllə xəsarəti alıbKürdəmir rayonunda silahlı insident olub.

"insanhuquqlari.az"in Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Hazırda rayon Kürdəmir Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR