ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Saatlıda oğurluq edənlər tutuldu

Saatlıda oğurluq edənlər tutulduSaatlı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı rayon sakini E.Mürsəlov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, qardaşına məxsus evdən oğurluq edildiyini bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri Ə.Həsənov və T.Əsədov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər evdən bir ədəd televizor və bir ədəd motorlu ot biçən oğurlamaqla zərərçəkmişə 1450 manat dəyərində zərər vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR