ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İmişlidə yük maşınları toqquşdu: Ölən var

İmişlidə yük maşınları toqquşdu: Ölən varİmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Gülməmmədov Ruslan Dünyamalı oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun idarə etdiyi ”QAZel” markalı yük maşını toqquşub.

Nəticədə, “QAZel” markalı nəqliyyat vasitəsinin sürücüsü ölüb.

Hər iki avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri, 1971-ci il təvəllüdlü Həmzəyev Fərhad Bəybala oğlu və 1974-cü il təvəllüdlü Musayev Niyaməddin Ərzuman oğlu müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR