ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi

Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildiZaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhərin Nizami küçəsində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və Zaqatala sakini olan altı müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Zaqatala RPŞ-yə gətirilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və cərimə olunublar.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR