ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qazaxda yol qəzası oldu, xəsarət alanlar var

Qazaxda yol qəzası oldu, xəsarət alanlar varQazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"insanhuquqlari.az"in Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Çaylı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Emin Vəliyev və Nicad Süleymanov xəsarət alıb. Hadisə zamanı daha bir nəfərin də xəsarət aldığı bildirilir.

Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR