ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib. Qəbulda Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak etmişdir. Görüşdə ümumilikdə 200 nəfərdən çox sakin iştirak edib. Səyyar qəbulda respublikanın və regionun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi. Məcburi köçkün sakinlərdən Səadət Əliyeva, Tərlan Məmmədova, Şaiq Meydiyev, Əli Səfərov və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, onlara göstərilən qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında ayrı təsərrüfat olmalarına köməklik, yemək xərci müavinəti müxtəlif səbəblərdən dayandırılmış məcburi köçkünlər müavinətin bərpasına, maddi köməklik, yaxınlıqdakı yataqxanalarda məskunlaşan köçkünlər evlə təmin olunmalarına və digər şəxsi məsələlərinin həll edilməsinə ehtiyaclarının olduğunu diqqətə çatdırıblar. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılacağını bildirib.Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR