Video - İnsanhuquqlari.az https://insanhuquqlari.az/ tr Video - İnsanhuquqlari.az DataLife Engine Qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan ana DANIŞDI https://insanhuquqlari.az/gundem/35185-qucanda-10-gnlk-krpsi-il-dantlar-altnda-qalan-ana-danidi.html https://insanhuquqlari.az/gundem/35185-qucanda-10-gnlk-krpsi-il-dantlar-altnda-qalan-ana-danidi.html Qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan ana DANIŞDI

Kahramanmaraşda bir-birinin ardınca baş verən və “əsrin fəlakəti” adlandırılan zəlzələlərdən sonra bölgədən kədərli xəbərlərlə yanaşı möcüzəvi heyakələrdə eşidirik.

Axtarış-xilasetmə qrupları ümidlə işlərini davam etdirərkən, qucağında 10 günlük körpəsi ilə dağıntılar altında qalan Necla Camuz möcüzəvi qurtuluşunu İngiltərənin BBC telekanalına danışıb.

Belə ki, Necla Camuz yanvarın 27-də dünyaya gələn ikinci oğluna Yağız adını verib. Cəmi 10 gün sonra, saat 04:17-də Necla Hataydakı evində uşağını əmizdirərkən oyaq olub. Bir neçə saniyə sonra onlar dağıntılar altında qalıblar.

"Zəlzələ başlayanda mən həyat yoldaşımın yanına getmək istədim, o da mənə tərəf gəlirdi. 3 yaşlı oğlum atası ilə birlikdə idi. Qarderob onların üstünə düşdü və hərəkət etmək mümkün olmadı. Zəlzələ gücləndikcə divar uçdu, otaq titrədi, bina yerindən tərpəndi. Mən qucağımdakı körpə ilə bir mərtəbə aşağı yıxıldığımızı hiss etdim. Həyat yoldaşıma zəng vurdum, cavab verən olmadı".

Bildirək ki, 33 yaşlı Necla və körpəsi təxminən dörd gün dağıntılar altında qalıb. Hazırda o ailəsi ilə birlikdə çadırda yaşayır.

]]>
azad Mon, 13 Feb 2023 14:18:09 +0400
Xilasedicilərimiz 12 yaşlı qızı dağıntılar altından sağ çıxardı - VİDEO https://insanhuquqlari.az/gundem/35138-xilasedicilrimiz-12-yal-qz-dantlar-altndan-sa-xard-vdeo.html https://insanhuquqlari.az/gundem/35138-xilasedicilrimiz-12-yal-qz-dantlar-altndan-sa-xard-vdeo.html Xilasedicilərimiz 12 yaşlı qızı dağıntılar altından sağ çıxardı - VİDEO

Azərbaycan xilasedicilərinin 86 və 89 saat sonra iki nəfəri xilas etməsinin görüntüləri yayılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda xilasedicilərin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


]]>
azad Fri, 10 Feb 2023 13:44:17 +0400
İkiaylıq körpə 29 saat sonra sağ çıxarıldı - Video https://insanhuquqlari.az/gundem/35059-kiaylq-krp-29-saat-sonra-sa-xarld-video.html https://insanhuquqlari.az/gundem/35059-kiaylq-krp-29-saat-sonra-sa-xarld-video.html İkiaylıq körpə 29 saat sonra sağ çıxarıldı - Video
Türkiyədə baş verən dəhşətli zəlzələdən 29 saat sonra 2 aylıq körpə xilas edilib.

Körpənin xilasedilmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil.

Görüntülərdə onun babasının sağ olduğu aydınlaşır.

Xilas edilərkən ayaqyalın olan uşaq isti parçaya bükülüb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

]]>
azad Tue, 07 Feb 2023 14:02:22 +0400
Xilasedicilərimiz axtarış əməliyyatlarına başladı - Video https://insanhuquqlari.az/gundem/35056-xilasedicilrimiz-axtar-mliyyatlarna-balad-video.html https://insanhuquqlari.az/gundem/35056-xilasedicilrimiz-axtar-mliyyatlarna-balad-video.html Xilasedicilərimiz axtarış əməliyyatlarına başladı - Video

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Nazirlikdən verilən məlumata görə, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

]]>
azad Tue, 07 Feb 2023 12:15:53 +0400
Putin naziri sərt tənqid etdi - “Niyə boş-boş oturursunuz?” - Video https://insanhuquqlari.az/gundem/34488-putin-naziri-srt-tnqid-etdi-niy-bo-bo-oturursunuz-video.html https://insanhuquqlari.az/gundem/34488-putin-naziri-srt-tnqid-etdi-niy-bo-bo-oturursunuz-video.html Putin naziri sərt tənqid etdi - “Niyə boş-boş oturursunuz?” - Video

Rusiya Prezidenti Vladimir Putin yanvarın 11-i nazirlər və digər qurumların rəhbərləri ilə görüş keçirib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, onlayn şəkildə keçirilən iclas zamanı Putin ölkənin Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovu kəskin tənqid edib.

Belə ki, Rusiya lideri Manturovu aviasənayedə bir çox müəssisədə yeni təyyarələrlə bağlı sifarişlərin olmamasına görə danlayıb.

Onun sözlərinə görə, zavodlarda hələ də sifarişlər yoxdur: “Direktorlar mənə dedi ki, müəssisələrdə hələ də müqavilələr yoxdur. Niyə boş-boş oturursunuz? Müqavilələr nə vaxt hazır olacaq?”

Putin göstəriş verdiyi işlər gec yerinə yetirildiyi üçün Manturova öz iradlarını bildirib.

Qeyd edək ki, Vladimir Putin Manturova ölkəyə nə qədər mülki, nə qədər hərbi təyyarələrin lazım olduğunu müəyyən etmək üçün Müdafiə Nazirliyi ilə yeni təyyarələrin tədarükü məsələsini həll etməyi tapşırıb.

]]>
azad Thu, 12 Jan 2023 13:20:07 +0400
Bulvarda dənizdə batan şəxs belə xilas edildi - Video https://insanhuquqlari.az/gundem/34482-bulvarda-dnizd-batan-xs-bel-xilas-edildi-video.html https://insanhuquqlari.az/gundem/34482-bulvarda-dnizd-batan-xs-bel-xilas-edildi-video.html Bulvarda dənizdə batan şəxs belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1992-ci il təvəllüdlü Cəfərov Sədi Sahib oğlu dalğıclar tərəfindən xilas edilib.
]]>
azad Thu, 12 Jan 2023 09:37:31 +0400
Daha bir məktəb direktorunun videosu yayıldı - Bunlar nə yeyirlər... nə içirlər... https://insanhuquqlari.az/gundem/34467-daha-bir-mktb-direktorunun-videosu-yayld-bunlar-n-yeyirlr-n-iirlr.html https://insanhuquqlari.az/gundem/34467-daha-bir-mktb-direktorunun-videosu-yayld-bunlar-n-yeyirlr-n-iirlr.html Daha bir məktəb direktorunun videosu yayıldı - Bunlar nə yeyirlər... nə içirlər...
Azərbaycanda daha bir məktəb direktorunun qeyri-adi görüntüləri yayılıb.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, videosu yayılan şəxs İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.

O, "TikTok"erlərdən birinin hərəkətlərinə qeyri-adi reaksiyalar verib. Belə ki, Ə. İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq, qəribə hərəkətlər edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şərur rayonundakı məktəblərin birinin direktorunun da "TikTok"das videosu yayılmışdı.

Görüntüləri təqdim edirik:
]]>
azad Wed, 11 Jan 2023 13:29:22 +0400
Yanğından sonra "Sədərək"dən geriyə qalan mənzərə - VİDEO https://insanhuquqlari.az/gundem/34415-yanndan-sonra-sdrkdn-geriy-qalan-mnzr-vdeo.html https://insanhuquqlari.az/gundem/34415-yanndan-sonra-sdrkdn-geriy-qalan-mnzr-vdeo.html Yanğından sonra "Sədərək"dən geriyə qalan mənzərə - VİDEO

Ötən gecə baş verən yanğından sonra "Sədərək" ticarət mərkəzindən geriyə ürəkdağlayan mənzərə qalıb.

Yanğından sonra ərazidə külə dönmüş məhsullar, yanmış taxta konstruksiyalar görünür.

Qeyd edək ki, "Sədərək"də yanğın ötən gün axşam saatlarında baş verib. Hadisə yerinə həm Qaradağ rayonu, həm də Bakı qarnizonunun 30 ədəd texnikası və 130 şəxsi heyət cəlb edilib. Yanğın üç saat ərzində lokallaşdırılıb.

]]>
azad Mon, 09 Jan 2023 17:20:48 +0400
Müğənni Nərminin efirdəki rəqsi müzakirələrə səbəb oldu – VİDEO https://insanhuquqlari.az/video/34332-mnni-nrminin-efirdki-rqsi-mzakirlr-sbb-oldu-vdeo.html https://insanhuquqlari.az/video/34332-mnni-nrminin-efirdki-rqsi-mzakirlr-sbb-oldu-vdeo.html Müğənni Nərminin efirdəki rəqsi müzakirələrə səbəb oldu – VİDEO

Müğənni Nərmin Kərimbəyovanın canlı efirdə rəqsi maraqla qarşılanıb.

Müğənni “Xəzər Tv”nin efirində rəqs performansı ilə diqqətləri üzərinə çəkə bilib. Belə ki, Nərminin rəqs etdiyi görüntülər sosial mediada paylaşılıb. Görüntüləri tənqid edənlərlə yanaşı, bəyənənlər də az olmayıb.Həmin görüntüləri təqdim edirik:
]]>
azad Wed, 04 Jan 2023 21:41:27 +0400
Bakıda çoxmərtəbəli binada partlayış - Xəsarət alan var (VİDEO) https://insanhuquqlari.az/gundem/34286-bakda-oxmrtbli-binada-partlay-xsart-alan-var-vdeo.html https://insanhuquqlari.az/gundem/34286-bakda-oxmrtbli-binada-partlay-xsart-alan-var-vdeo.html Bakıda çoxmərtəbəli binada partlayış - Xəsarət alan var (VİDEO)

Bakıda çoxmərtəbəli binada partlayış olub, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70kv.m olan üçotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib, həmçinin 2 qonşu mənzilin giriş qapıları çərçivəsindən çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.
]]>
azad Fri, 30 Dec 2022 19:29:57 +0400