ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Suriyada koronavirusla mübarizə aparılırmı? - VİDEO

Suriyada koronavirusla mübarizə aparılırmı? - VİDEOSuriyada xüsusi koronavirus yoxlama məntəqələri fəaliyyətə başlayıb.

REN TV xəbər verir ki, son vaxtlara qədər döyüşlərin aparıldığı yerlərdə indi sahə xəstəxanaları yerləşir.

Yaxın əyalətlərin sakinləri bu xəstəxanalara gətirilir. Şəhərlər arasında sürücülərin və sərnişinlərin temperaturları birbaşa yollarda ölçülür.

Hərbi həkimlər xəstələrdən əvvəlcə simptomları soruşur, öskürək və ya hərarət varsa, ya sahə, ya da mərkəzi xəstəxanalarda onları müalicə edirlər.

Xəstələr parasetamolla müalicə olunur. Analizlərin cavabları Dəməşqə göndərilir. Orada biomaterial araşdırılır, diaqnoz qoyulur. Bundan sonra şəxs ya evinə, ya da Həma şəhərindəki mərkəzi hərbi hospitala gedir.

Koronavirus infeksiyası üçün süni tənəffüs aparatları Suriyanın bütün böyük şəhərlərindəki xəstəxanalarda var.

Məktəblərdə tədris prosesinə məhdudiyyətlər tətbiq olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR