ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Timur Vaynşteyn: “Maskadakı şəxslərin kimliyini açıqlamadığıma görə, xəyanət etdiyimi düşünürlər” - VİDEO

Timur Vaynşteyn: “Maskadakı şəxslərin kimliyini açıqlamadığıma görə, xəyanət etdiyimi düşünürlər” - VİDEORusiyanın NTV kanalında yayımlanan məşhur “Maska şou” proqramı azərbaycanlı tamaşaçıların ən çox izlədiyi verilişlər sırasına daxil olub.

insanhuquqlari.az xəbər verir ki, proqramın qaydalarına görə, şou-biznesin 12 məşhuru (müğənnilər, aktyorlar, şoumenlər, aparıcılar və idmançılar) bir-birindən rəngarəng maskalar altında çıxış edirlər.

Onların kimliyi isə ən etibarlı şəkildə qorunur. Şounun münsifləri Filipp Kirkorov, Valeriya, Regina Todarenko və Timur Rodrigez maskada çıxış edən məşhurun kimliyini taparaq, adını açıqlamalıdır.

NTV-nin baş prodüseri Timur Vaynşteyn “Maska şou” haqqında danışıb:

“Koreya formatı özlüyündə xüsusi bir məhsuldur. Onların bu fikirlərini çox bəyəndik. Koreyalılar çox ciddi və məsuliyyətli insanlardır. Şouda gördüyünüz bir-birindən ecazkar maskalar, dəbdəbəli geyimlər və qeyri-adi dekorasiya bir sənət əsəridir. Yüksək səviyyədə və peşəkarlıqla hazırlanıb.

Maska ​​özü diqqəti maqnit kimi cəlb edir. Gözlərini yummadan ona baxmaq istəyirsən. Çox maraqlıdır. Digər tərəfdən, maska ​​altında kimin olması özü bir intriqadır. Maska ​​altında kimin gizləndiyini bilmək üçün münsiflər dəridən-qabıqdan çıxırlar. Onların bu həyəcanı da tamaşaçıda maraq doğurur. Onlar arasında hazır ssenari yoxdur. Bu canlı bir improvizasiyadır”.

T.Vaynşteyn şouda iştirak edən şəxsin maska altındakı kimliyini öncədən açıqlayana cəza veriləcəyini diqqətə çatdırıb:

“Şounun müqaviləsinin şərtlərini pozduğu halda cərimələr bir milyon rubla qədərdir. Hətta sizə etiraf edim ki, evdə problemlərim var. Anam, həyat yoldaşım və uşaqlarım maska altında çıxış edən şəxslərin kimliyini açıqlamadığıma görə, onlara xəyanət etdiyimi düşünürlər. Bütün dekorasiyaları qoruyub saxlayacağıq. Çünki yaxın zamanda “Maska şou”nun ikinci mövsümünü çəkməyi planlaşdırırıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR