ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ölkənin ən böyük derbisini cəmi 30 nəfər izlədi - VİDEO

Ölkənin ən böyük derbisini cəmi 30 nəfər izlədi - VİDEOMisirin ən böyük derbisində gözlənilməz mənzərə yaranıb.

insanhuquqlari.az xəbər verir ki, ölkənin iki köklü klubu "Əl-Əhli" və "Zamalek" arasında baş tutan qarşılaşmada tribunalar boş qalıb. Belə ki, 86 min azarkeş tutumuna malik olan "Borg-al-Arab" stadionunda keçirilən qarşılaşmaya təhlükəsizlik səbəbilə cəmi 30 nəfər buraxılıb. Təhlükəsizlik qüvvələlri hər komandadan 15 azarkeşin oyunu izləməsinə şərait yaradıb.

Bu barədə açıqlama verən Misir Futbol Federasiyasının rəsmisi "Təhlükəsizlik qüvvələri ilə danışıqlardan sonra stadiona sadəcə 30 azarkeşin buraxılmasına qərar verdik" deyib.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra "Zamalek" 54 xalla liderliyini davam etdirib. "Əl-Əhli" isə 52 xalla ikinci pillədə qərarlaşyıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR