ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Balotelli vurduğu qolu qeyri-adi şəkildə qeyd etdi - VİDEO

Balotelli vurduğu qolu qeyri-adi şəkildə qeyd etdi - VİDEO
Qeyri-adi davranışları ilə seçilən tanınmış italiyalı hücumçu Mario Balotelli vurduğu qolu özünəməxsus şəkildə qeyd edib.

insanhuquqlari.az xəbər verir ki, ötən gün futbolçunun şərəfini qoruduğu “Marsel” klubu Fransa çempionatının 27-ci turunda öz meydanında “Sent-Etyen”i 2:0 hesabı ilə məğlub edib.Oyunda qələbə qollarını M.Balotelli və komanda yoldaşı Florian Toven vurub.

Oyunun 12-ci dəqiqəsində M.Balotelli akrobatik hərəkətlə (başı üzərindən) baxımlı qola imza atıb. Qol sevinci zamanı forvard fotoqraflardan birinə yaxınlaşaraq ondan telefonu alıb və komanda yoldaşları ilə birlikdə selfi çəkdirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR