Sosial - İnsanhuquqlari.az https://insanhuquqlari.az/ tr Sosial - İnsanhuquqlari.az DataLife Engine Telefonu yanına qoyub yatanlara ŞOK - Gecə görün nələr baş verir https://insanhuquqlari.az/gundem/35765-telefonu-yanna-qoyub-yatanlara-ok-gec-grn-nlr-ba-verir.html https://insanhuquqlari.az/gundem/35765-telefonu-yanna-qoyub-yatanlara-ok-gec-grn-nlr-ba-verir.html Telefonu yanına qoyub yatanlara ŞOK - Gecə görün nələr baş verir]]> azad Sun, 17 Dec 2023 17:30:26 +0400 Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır - Video https://insanhuquqlari.az/gundem/35435-heydr-liyevin-21-il-vvl-prezident-tqad-verdiyi-tlb-indi-generaldr-video.html https://insanhuquqlari.az/gundem/35435-heydr-liyevin-21-il-vvl-prezident-tqad-verdiyi-tlb-indi-generaldr-video.html Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır - Video

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.

O, Ulu öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb.

Həsən Mansurov həmin il ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib.

Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasına qəbul olub, Bakı-Türk litseyinin məzunudur. Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətlərinə hüquq-mühafizə orqanlarında başlayan general Mansurov, DTX-ya qədər bir sıra dövlət qurumlarında çalışıb.
Həsən Mansurov 2002-ci ildə Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır:

“Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik. Bütün sözləri, fikirləri xatirimizdədir”.
]]>
azad Tue, 14 Mar 2023 09:20:23 +0400
Bu gün Torpaq çərşənbəsidir https://insanhuquqlari.az/gundem/35432-bu-gn-torpaq-rnbsidir.html https://insanhuquqlari.az/gundem/35432-bu-gn-torpaq-rnbsidir.html Bu gün Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.

Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir. Bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır.
İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəsinin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.

İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində Yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.]]>
azad Tue, 14 Mar 2023 07:40:13 +0400
Güclü külək əsəcək - XƏBƏRDARLIQ https://insanhuquqlari.az/gundem/35418-gcl-klk-sck-xbrdarliq.html https://insanhuquqlari.az/gundem/35418-gcl-klk-sck-xbrdarliq.html Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq martın 15-dək respublikanın bəzi ərazilərində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin sürətinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".
]]>
azad Mon, 13 Mar 2023 13:51:45 +0400
"Harada görülüb ki, fakültəyə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin" - Deputat https://insanhuquqlari.az/gundem/35413-harada-grlb-ki-faklty-75-nfr-qbul-olunsun-amma-100-nfr-bitirsin-deputat.html https://insanhuquqlari.az/gundem/35413-harada-grlb-ki-faklty-75-nfr-qbul-olunsun-amma-100-nfr-bitirsin-deputat.html "Harada görülüb ki, fakültəyə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin" - Deputat

"Vətəndaşlarımız gedib xaricdə təhsil ala bilərlər. Bu, onların hüququdur. Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr buraxsın".

Bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı deyib.

"Harada görülüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin. Bu, dünyanın heç bir yerində yoxdur. Biz kimi aldadırıq? İrəli getmək üçün təhslimizi sağlamlaşdırmalıyıq", - deyə deputat bildirib.]]>
azad Mon, 13 Mar 2023 11:27:12 +0400
"Bazarlığa gedib, kəndir alıb və özünü asıb" - İntihar edən məmurun atası https://insanhuquqlari.az/gundem/35411-bazarla-gedib-kndir-alb-v-zn-asb-ntihar-edn-mmurun-atas.html https://insanhuquqlari.az/gundem/35411-bazarla-gedib-kndir-alb-v-zn-asb-ntihar-edn-mmurun-atas.html "Bazarlığa gedib, kəndir alıb və özünü asıb" - İntihar edən məmurun atası

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev "Unikal"a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib:

"Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı", - deyə o bildirib.

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon icra Hakimiyyəti Başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.
]]>
azad Mon, 13 Mar 2023 10:44:21 +0400
DYP-dən sürücülərə dumanlı hava ilə bağlı MÜRACİƏT https://insanhuquqlari.az/gundem/35410-dyp-dn-srclr-dumanl-hava-il-bal-mract.html https://insanhuquqlari.az/gundem/35410-dyp-dn-srclr-dumanl-hava-il-bal-mract.html DYP-dən sürücülərə dumanlı hava ilə bağlı MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 13-də ​ dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

]]>
azad Mon, 13 Mar 2023 09:22:41 +0400
Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin https://insanhuquqlari.az/gundem/35408-gnn-qoroskopu-durumun-grginldiyi-msllri-diqqtl-mahid-edin.html https://insanhuquqlari.az/gundem/35408-gnn-qoroskopu-durumun-grginldiyi-msllri-diqqtl-mahid-edin.html Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - gərginlik sizi bir işi yarımçıq qoyub başqasına başlamağa vadar etməsin. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzundan yararlanaraq sizə təzyiq etmək istəyəcək. Situasiyalar təhlükəlidir. Qalmaqal, münaqişə, anlaşmaların pozulması, müqavilənin ləğv olunması, münasibətlərin kəsilməsi istisna deyil.

Buğa - təhlükəsizlik və maraqlarınızın qeydinə qalın. Əldə edilmiş nəticəni hifz etmək üçün təmkinli və səbrli olun. İmkandan yararlanmağa başladığınızı hiss etsəniz, yarı yolda dayanmayın. Emosiyaların özbaşına olaraq sakitləşəcəyini düşünməyin. Qəfil hadisə ilə qarşılaşa bilərsiniz. Şərtlər dəyişir. Planları dəyişməyə hazırlaşın, yeniliklərdən çəkinməyin. Yaxın perspektivdəki işlərin bünövrəsi indi qoyulur.

Əkizlər - hisslərin xüsusilə gərildiyi, prioritetlərin dəyişdiyi, həqiqətləri söyləmə ehtiyacın duyulduğu zamandır. Yaşanan olaylar situsiyanı pis və ya yaxşı yönə dəyişə bilər. Aldanmaq istəmirsinizsə, görülməmiş işi görülmüş hesab etməyin. Konkret məsələdə müəyyənlik əldə etmək, gələcəklə bağlı nələrə bel bağlamağın aydın olduğu vaxtdır.

Xərçəng - nisbətən zəif mövqelərinizi anlamağa, həmin istiqamətdə az sonra nələrin baş verə biləcəyini təxminləməyə çalışın. Biznesdəki tərəfdaş, iş yoldaşı və qohumlar arasıda inadkarlıq nümayişi ilə qarşılaşacaqsınız. Bununla belə, kompromis yolu seçin, mühüm məsələlərlə bağlı anlaşma əldə edin və yaxın günlərdə dəstəyi təmin edin.

Şir - gərgin situasiyaların həllini tapdığı gündür. Yarımçıq qalan işləri başa vurun, alınan informasiyanı təhlil edin. Görüş və təmaslarda hövsələsiz, səbirsiz davranmayın. Tələsik qərarlar, düşünülməmiş addımlar, emosional açıqlamalar yalnız zərər verə bilər. Sonrakı peşmançılıq hissini yaşamamaq üçün davranış və sözlərinizə diqqət edin, neytral mövzuya keçin. Nə isə mane olursa, ondan qurtulun. Təəssüflənməyin, əks halda irəliləyiş olmayacaq.

Qız - yaxın gələcəklə bağlı hədəf və məqsədlərin müəyyənləşdirilməsi sərt rəqabət şəraitində baş verəcək. İntuisiyanızın xəbərdarlıqlarına həssas olun, yaxın vaxtlarda fəaliyyət istiqamətini dəyişə biləcək hadisələrin təmayülünü anlamağa çalışın. İşdə, tərəfdaş münasibətlərində, əmədkaşlıq məsələlərində yeniliklər gözlənilir.

Tərəzi - fəal çalışıb işlərin tam əksəriyyətini bitirmək imkanı var. Yaxın ətrafınızdakı insanlardan nə isə tələb edənə qədər həmin işi özünüz bitirin. Bel bağladığınız insanların başqa planları ola bilər. Gərəksiz, emosional təmaslara ehtiyac yoxdur. Səhhət və təhlükəsizliyinizin qeydinə qalın. Ehtiyatlı olun.

Əqrəb - münasibətlərdəki təmayülləri diqqətlə izləyin, gərginliyin yarandığı müstəvini nəzərdən qaçırmayın. Münaqişələrin qarşısını alın, öz təhlükəsizliyiniz və yaxınlarınızın əmin-amanlığının təminatına nail olun. Tərəfdaş münasibətlərində çevriliş baş verə bilər. Yeniliyin ciddilik və önəm səviyyəsi əvvəllər yaranmış şəraitin formatından asılı olacaq.

Oxatan - fəaliyyətiniz buna rəvac verə bilər. Fəaliyyətiniz və planlarınız indi gözlənilməz situasiyalar, dəyişikliklərlə sınağa çəkilir. Yaşamınıza daxil olan nəsnənin qarşısını almayın. Təxirə salınmış işi başa vurmaq, perspektivləri müəyyənləşdirmək şansı var. Şəxsi münasibətlər üçün unikal məqamdır. Fikir və ümidlərinizin bağlı olduğu insanla əlaqəni itirməyin.

Oğlaq - durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin. Narahat olmayın, ayın problemli günlərindən biri yaşanır. İnadkarlıq etməmək, geri çəkilmək də olar. Yaşam və fəaliyyət məkanınızın gərəksiz nəsnələrdən təmizlənməsi üçün əlverişli vaxtdır.

Dolça - impulsiv qərarlar qəbul etməyin. Yeni mövzu, yeni araşdırma və ya maraq yarana bilər. Səfərdə və yolda ehtiyatlı olun. Evdə təmiri təxirə salın. Məişət texnikası almaq üçün uğursuz gündür.

Balıqlar - tələskənlik və vurnuxma günüdür. Qəza riski olduğundan, yollarda ehtiyatlı və sayıq davranın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss oluna bilər. Önəmli məqamlara və ya hadisələrə yenidən nəzər salmağa imkan verən situasiya yaranır. Sürprizə, qəfil hadisəyə, etirafa, yaşam sirrinizin faş olmasına hazırlaşın. Əyləncə naminə hansısa hadisənin inkişafını sürətləndirməyin
]]>
azad Mon, 13 Mar 2023 08:09:45 +0400
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA https://insanhuquqlari.az/gundem/35404-nec-az-pul-xrclyib-novruz-bayramna-hazrlaa-bilrik-aradirma.html https://insanhuquqlari.az/gundem/35404-nec-az-pul-xrclyib-novruz-bayramna-hazrlaa-bilrik-aradirma.html Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA
Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə...

Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm də özünəməxsus süfrə mədəniyyəti var. Bir-birindən fərqli və dadlı şirniyyatlar, yeməklər, çərəzlər... İndi bir çoxlarımızı, xüsusilə də valideynləri düşündürən ən mühüm sual uşaqlarımıza sonsuz sevinc yaşadan Novruz süfrəsinin neçəyə başa gələcəyidir.

“Kaspi” qəzeti bayram bazarlığına çəkəcəyiniz xərcin nə qədər olacağını araşdırıb.

Bazarda üzləşdiyimiz mənzərə

Bayram süfrələrinin olmazsa-olmazı çərəzlərdir: fındıq, qoz, püstə, badam, iydə, innab... Üstəlik içliyi fındıq və ya qozdan hazırlanan şəkərbura, paxlava, İrəvan kətəsi və s. həmişə Novruzun bəzəyi olub.

Gəlin birlikdə bu gözəl nemətlərin qiymətləri ilə tanış olaq. Bayram ərəfəsində piştaxtalarda olan qiymətlər təxminən belədir: fındıq (qabıqlı) – 6-8, fındıq ləpəsi – 13,50-30, qoz (qabıqlı) – 7-10, qoz ləpəsi 13-30, badam (qabıqlı) 6-8, badam ləpəsi 25-30, püstə 28-39, iydə və innab isə 8-10 manat civarındadır.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Novruz bayramının atributu sayılan səməninin də qiyməti boyundan, formasından, bəzəyindən asılı olaraq dəyişir. Ən sadə səmənini 2-3, bər-bəzəkli, xonça üstündə “qız evi”nə aparılan, ay, ulduz, buta formalı qablardakı səməninin qiyməti isə 25-30 manatdır.

Təəssüfləndirici məqam odur ki, indi səmənini hazır şəkildə pul verib alırıq. Amma əvvəllər hər bir ocaqda evin xanımı özü “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyib, buğda göyərdərdi. İnsanlar inanardı ki, səməni yaxşı cücərsə, həmin il onlar üçün ruzili-bərəkətli, xeyirli-uğurlu il olacaq.

Novruz süfrəsinin bəzəyi plov

Plov isə bizim bütün bayramlarımızın, xoş günlərimizin əvəzsiz təamıdır. Bir qazan turşu-qovurmalı plov üçün ərzaqların qiymətləri də dodaq uçuqladır. İndi bazarlarda müştərilərə təqdim olunan 1 kq ət 15-17, 1 kq düyü 3-6, kərə yağı 10-20, şabalıd 8-12, rəng və növlərindən asılı olaraq albuxara 6-13, ərik qurusu 13-25, kişmiş 6-12 manatdır. Belə olduğu halda 4-5 nəfərlik bir ailə üçün plovun hazırlanmasına təxminən 37-54 manat vəsait lazımdır.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Şəkərbura, paxlava bəzək verir xonçaya

Bayram xonçası şəkərburasız, paxlavasız olmaz. Gəlin 1 kq içlikdən hazırlanan (bu ölçüyə əsasən 60-80 şəkərbura hazırlamaq mümkündür) şəkərburanın orta qiymətini də hesablayaq. Təxminən 1 kq fındıq ləpəsi 13,50-30, şəkər tozu 1.60-2, un 1.20-2, 1 litr süd 2, 1 ədəd yumurta 0.16, kərə yağı 10-20 manatdır. Reseptə uyğun hesablasaq, evdə 1kq-lıq içlikdən bişirilən şəkərbura bizə təxminə 40-60 manata başa gəlir. 1 kq içlikdən hazırlanan paxlavaya da təxminən elə bu qədər pul xərcləməli olacağıq. Satışda isə şəkərburanın bir ədədi ölçü və “brend”indən asılı olaraq 0.80-1.50, paxlavanın isə 1 kq-ı 18-30 manat arası dəyişir. Burada həm də şəkərbura və paxlavanın içliyində hansı ləpədən (qoz və ya fındıq) istifadə olunması da böyük rol oynayır.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Kasıb malı – şorqoğalı

Şəkərbura, paxlavaya baxanda şorqoğalı nisbətən ucuz başa gəlir. Çünki içliyi un və ədvalardan ibarətdir. Amma ona da kifayət qədər çox kərə yağı istifadə olunur. Bir kiloqram undan şor qoğalı hazırlamaq üçün bizə təqribən 20-25 manat lazımdır. Qeyd edim ki, satışda ölçüsündən və “brend”indən asılı olaraq şorqoğalının qiyməti 0.50-1.20 manat arası dəyişir.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Minimum məbləğlə bayram bazarlığı

Bəs biz necə az pul xərcləyib, bayrama hazırlaşa bilərik? İqtisadçı Eldəniz Əmirov deyir ki, bu, həddindən artıq çətin sualdır: “İndiki qiymətlər çərçivəsində məhdud vəsaitlərlə bayram keçirmək üçün məsləhət vermək çox çətindir. İnsanların əlində bəlli – minimum miqdarda məbləğ, bazarda isə artan qiymətlər var. Amma bunu deyə bilərəm ki, bayram yarmarkalarında nisbətən ucuz qiymətlər olur. Bazarlarda günün sonuna doğru qiymətlər müəyyən qədər enir, alış-verişin azaldığı bir vaxtda nisbətən ucuz məhsullar tapmaq mümkündür. Məsləhətim budur ki, insanlar öz büdcələrinə uyğun, yəni çox da israfçılıq etmədən, minimal pul xərcləməklə bayram bazarlığı etsinlər. Ən vacib məhsulları almaq lazımdır. Bu isə hər ailənin ehtiyacına uyğun olaraq dəyişir”.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Yarmarkalarda alverçi yox, fermer olmalıdır

İqtisadçı bayram yarmarkaları ilə bağlı da danışdı: “Sözün əsl mənasında kənar subyektlərin müdaxiləsi olmadan birbaşa fermerlərin özünün məhsullarını bazara çıxarmağa real şərait yaradılmalıdır. Yarmarkalar tək həftə sonları yox, bayram ərəfəsində 7-10 gün müddətində təşkil olunmalıdır. Elə bir mexanizm formalaşdırılmalıdır ki, yarmarkalarda məhsul satanlar, həqiqətən də, alverçilər yox, fermerlər olsun”.

Düşünəndə görürük ki, mövcud qiymətlərlə başa gələcək bayram bazarlığı orta statistik azərbaycanlı üçün əlverişli deyil. Amma yenə də Novruz yeni gün deməkdir. Yeni gün isə yeni sabah, yeni ümiddir. Ümidlərimizin bu bayram çin olması arzusu ilə...]]>
azad Sat, 11 Mar 2023 22:19:23 +0400
Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir https://insanhuquqlari.az/gundem/35402-paytaxt-sakinlrinin-nzrn-17-avtobusun-hrkt-sxemi-dyidirilir.html https://insanhuquqlari.az/gundem/35402-paytaxt-sakinlrinin-nzrn-17-avtobusun-hrkt-sxemi-dyidirilir.html Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

Bakı şəhəri üzrə 17 avtobusun hərəkət sxemi üç günlük dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ küçələrlə (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti, Nizami küçəsi) təşkil ediləcək.]]>
azad Sat, 11 Mar 2023 20:25:28 +0400