ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı - Rəsmi açıqlama

Baxış Sayı:20

Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı - Rəsmi açıqlama
Sosial şəbəkədə Cəlilabad rayonundan olan Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun videomüraciəti yayılıb.

Qazi çətin vəziyyətdə olduğunu, müalicəyə ehtiyacı olduğunu qeyd edir.

“Döyüşlər başlayandan ailəmi, uşağımı atıb könüllü şəkildə döyüşlərə qatılmışam. Nə veteranlıq, nə də medal istəyirəm. Pul, maşın, ev, heç nə istəmirəm. Məni sağaldın, sağlamlığımı geri qaytarın...”

“Qafqazinfo” qazi ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət edib. RİH-dən bildirilib ki, artıq qazinin müraciəti araşdırılıb və ona lazımi köməklik olunacaq:

“Qazi Fariz Ağayevlə bağlı sənədlər toplanıb. Sentyabrın 27-də təsdiqlənəcək və ona şəhadətnamə veriləcək. Bundan sonra ona əlillik təyin olunacaq. Həmçinin qazimizlə bağlı Məşğulluq İdarəsinə müraciət olunub. O, səhhətinin imkan verdiyi işlə təmin olunacaq”.

Müalicəsinə gəlincə isə, icra hakimiyyətindən bildirilib ki, qazinin bədənində hər hansı qəlpə yarası yoxdur, keçirdiyi sarsıntı ilə əlaqədar psixoloji problem yaşayıb. Hazırda müalicəsi davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR