ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Medal ala bilməyən müharibə iştirakçıları nazirlikdə qəbul edildi

Medal ala bilməyən müharibə iştirakçıları nazirlikdə qəbul edildi


Vətən Müharibəsində iştirak edən bir qrup şəxs bu gün Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısına toplaşaraq işğaldan azad edilən bir neçə rayonda döyüşdüklərini, lakin heç bir medalla təltif edilmədiklərini bildiriblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə toplaşan bir qrup vətəndaş nazirlikdə qəbul edilib.

Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR