ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Avropanın ABŞ-a etirazından istifadə etməliyik” – İranlı parlamentari

“Avropanın ABŞ-a etirazından istifadə etməliyik” – İranlı parlamentari

Avropanın ABŞ-a etirazından istifadə edilməlidir.

Trend-in məlumatına görə, bunu İran Parlamentinin Kənd təsərrüfatı, su və təbii ehtiyatlar komissiyasının üzvü Calal Mahmudzadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyaların təsirini inkar etmək olmaz.

Deputatın sözlərinə görə, xarici siyasət yenidən nəzərdən keçirməli, İran əleyhinə sanksiyaların gücləndirilməsi ilə əlaqədar Avropanın ABŞ-a etirazından istifadə edilməlidir: “Yaranan fürsəti itirməməli və avropalıların ABŞ-ın yanında yer almasına imkan verilməməlidir”.

C.Mahmudzadə əlavə edib ki, İran Avropa Birliyi ilə əlaqələrini gücləndirməli və genişləndirməlidir. “Qonşu ölkələrlə gərginliklər azaldılmalıdır. Digər tərəfdən, daxili istehsala dəstək istiqamətində addımlar atılmalıdır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR