ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstandakı soydaşlarımız üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstandakı soydaşlarımız üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb.

AzərTAc xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib. O deyib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək.

A.Mikeladze qeyd edib ki, ümumilikdə 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq. Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub.

Seçki bülletenləri etnik azlıqların dillərində də çap olunacaq. “Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq. Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”, - deyə mətbuat katibi vurğulayıb.

A.Mikeladzenin sözlərinə görə, vahid siyahıda olan seçicilərin sayı 3 milyon 518 min 890 nəfər təşkil edir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR