ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Banklar dollar alışını artırır

Banklar dollar alışını artırır


Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən növbəti valyuta hərracında banklar dollar alışını artırıb. Hərracda tələb 77,1 milyon dollar təşkil edib və bu məbləğ tam təmin edilib.

Bundan öncə keçirilən 4 hərracda dollar alışı 65,9 milyon, 61,9 milyon, 46,8 milyon və 30,3 milyon dollar təşkil etmişdi.

Hərracların nəticələri göstərir ki, banklarda dollara tələbdə artım müşahidə olunur. Dollara tələbdə 2021-ci ilin fevralından iyununa qədər azalma var idi. Yeni dinamika iqtisadiyyatda aktivliyin artması ilə izah edilə bilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR