ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Elburus Muradov 30 minlik əhalisi olan şəhəri susuz qoyub - VİDEO - YENİLƏNDİ


Elburus Muradov 30 minlik əhalisi olan şəhəri susuz qoyub - VİDEO - YENİLƏNDİ

Son dönəm baş verən məlum olaylardan sonra bəzi şəhərlərdə məmur özbaşınalığı artıq pik həddə çatmaqdadır. Məlum devalvasiya, qiymət artımı, ictimai qınaq, yerlərdə məmur müdaxiləsi və digər təsirlərlə qarşı-qarşıya gəlmək məcburiyyətində qalmış əhali, ətraf təsirlərdən korroziyaya uğrayan metal obrazını xatırladır. Dəfələrlə idarə və dövlət qurumlarına ölkə rəhbərinin sərt tapşırıqlarına baxmayaraq müəssisə rəhbərləri öz bildiyi kimi xalqla davranmaqdadırlar. Beləki Zaqatalada içməli su tapmayan 30 min əhali artıq nə edəcəyin belə bilmir. Səbəb göstərilmədən su verilməsi dayandırıldığından insanlar artıq hardan necə su tapmaq mümkünlüyünü araşdırmağa çıxıb. Rayona təyin edilən Su Kanal İdarəsinin rəisi isə bu barədə sakinlərə heç bir məlumat vermir. Əhalini zorla dövlətdən narazı salınması təmin edildiyi müşahidə edilməkdədir.

insanhuquqlari.az-ya Zaqatala Su kanal idarəsinin rəisi Elburus Muradovun əhaliyə qarşı laqeyd yanaşdığı qeyd edilən video müraciət ünvanlanıb. Müraciət də qeyd edilir ki, bir həftədən çox vaxtır rayon əhalisi içməli su üzünə həsrətdir. E.Muradovun isə bu məsələ heçdə vecinə deyil –deyə sakinlər qeyd edirlər. Şikayətçi bildirir ki, son zamanlar havaların isti keçməsinə baxmayaraq Zaqatala rayon ərazisində yağıntılar durmaq bilməyib. Amma buna baxmayaraq yenədə içməli su tapmaq vətəndaşlar üçün problemə çevrilib. Bunun hansı səbəbdən yarandığını vətəndaşlar bir mənalı olaraq belə şərh edir ki, qablaşdırılmış suların satılması məqsədi ilə qəsdən və bilərəkdən su qıtlığı yaradılmaqdadır. İşbazlarla sövdələşdiyi güman edilən idarə rəisinin rayona su verməməsinə başqa ad qoya bilməyən sakinlər yuxarı dairələrdən məsələyə müdaxilə edərək onları həyat mənbəyi olan içməli su ilə təmin etməklərini istəyirlər. 30 min əhalisi olan rayon içməli su üzünə həsrət qalıb amma yerli idarə bunu heç vecədə almamaqdadır.

30.07.2018-ci il saat 17:14

insanhuquqlari.az-ya xəbər verir ki, Zaqatala Su kanal idarəsinin əməkdaşı Nail bəyin verdiyi açıqlamaya görə, Zaqatala rayonunda su ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması ilə bağlı işlər aparılmaqdadır. Beləki əslində rayonda deyildiyi kimi 7 gün deyil bir neçə gündür xətlərdə yaranmış nasazlıqla və suyun təzyiqinin düşməsi nəticəsində müəyyən ərazilərdə su verilməsində fasilələr yaranıb. İki gündür fazilə ilə qrafiq əsasında əhaliyə içməli suyun verilməsi təmin edilir. Bir neçə küçədə isə iki gündürki içməli su idarə tərəfindən təyin edilmiş avtomobillər vasitəsi ilə əhaliyə su verilməsi prosesi aparılır. Həmçinin idarənin əməkdaşı olan şəxs qeyd etdi ki, 31.07.2018-ci il tarixindən Zaqatala əhalisinə içməli suyun 24 saat fasiləsiz verilməsidə bərpa olunacaqdır. 

Həmçinin görüntünün şərh bölməsinə bu ifadələrdə qeyd edilib:
"Mən Zaqatala Sukanal idarəsində Müştərilərlə işin təşkili üzrə mühəndis olaraq, yəni vətəndaşların şikayət və müraciətlərinə cavabdeh işçi olaraq bildirirəm ki, həqiqətən də Zaqatalada Car (Meşleş) mənbəsində suyun bulanıqlığının dərəcəsi normadan çox yüksək ( 90 %-dən yuxarı ) olduğuna görə, təmizləyici qurğu suyu sürətlə təmizləyib çatdıra bilmir. Ən böyük su mənbəyimizdə olan bu problemə görə son 3 gün ərzində Zaqatala şəhərində içməli suyun verilişi 24 saat yox, növbəli rejimdə verilib. Təzyiq yetərincə olmadığına görə bəzi yerlərə su çatmaya bilər, bunu istisna etmirəm. Amma videodakı vətəndaşın dediyi kimi 7 gün deyil, son 3 gündür bu problem var. Hal hazırda da mənbədə "Azərsu" ASC tərəfindən cəlb olunmuş iri texnika işləyir, çox qısa müddətdə bu problem aradan qaldırılacaqdır. Xahiş edirik bu məlumatı həmin vətəndaşa bildirəsiniz."


Yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
Bakunews.az 


Oxşar xəbərlər
SON XƏBƏRLƏR