İdman - İnsanhuquqlari.az https://insanhuquqlari.az/ tr İdman - İnsanhuquqlari.az DataLife Engine Premyer Liqa: "Sabah" "Səbail"i 4 cavabsız qolla məğlub edib https://insanhuquqlari.az/gundem/35720-premyer-liqa-sabah-sbaili-4-cavabsz-qolla-mlub-edib.html https://insanhuquqlari.az/gundem/35720-premyer-liqa-sabah-sbaili-4-cavabsz-qolla-mlub-edib.html Premyer Liqa: "Sabah" "Səbail"i 4 cavabsız qolla məğlub edib]]> azad Sun, 10 Dec 2023 19:36:25 +0400 "Qalatasaray"la oyun üçün futbolçu dəvət edəcəyik https://insanhuquqlari.az/idman/35452-qalatasarayla-oyun-n-futbolu-dvt-edcyik.html https://insanhuquqlari.az/idman/35452-qalatasarayla-oyun-n-futbolu-dvt-edcyik.html "Qalatasaray"la oyun üçün futbolçu dəvət edəcəyik]]> azad Wed, 15 Mar 2023 07:42:31 +0400 Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA https://insanhuquqlari.az/gundem/35400-hftsonu-avropa-futbolunun-n-maraql-qarlamalar-afa.html https://insanhuquqlari.az/gundem/35400-hftsonu-avropa-futbolunun-n-maraql-qarlamalar-afa.html Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.

İngiltərə Premyer Liqasında turun açılış matçında son oyunda “Mançester Yunayted”ə yeddi cavabsız qolla qalib gələn “Liverpul” autsayder “Bornmut”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Çempionlar Liqasında mərhələ keçən “Çelsi” “Lester”in qonağı olacaq, Avropa çıxışını başa vuran “Tottenhem” isə “Nottingem”i qonaq edəcək. Çempionluq mübarizəsini davam etdirən “Mançester Siti” “Kristal Pelas” səfərinə yollanacaq.

Vahid lider “Arsenal” “Fulhem”in qonağı olacaq. London komandalarının oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 18:00-da start götürəcək. Eyni gündə, eyni saatda “Mançester Yunayted” “Sauthempton”la oyunda “Liverpul” faciəsini unutdurmağa çalışacaq.

Almaniya Bundesliqasında şərikli liderlər - “Bayern” və “Borussiya” bu gün meydana çıxacaqlar. Münhen klubu öz meydanında “Auqsburq”u sınağa çəkəcəksə, dormundlular Gelzenkirxendə “Şalke”nin qonağı olacaqlar. “Bayern”in oyunu Bakı vaxtı ilə 18:00-da, “Borussiya”nın matçı 21:30-da başlayacaq.

İtaliya A Seriyasında lider “Napoli”ni çətin duel gözləyir. Ötən tur “Latsio”ya uduzan Luçano Spalettinin komandası evdə “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

“Yuventus” və “Roma” sabah meydana çıxacaqlar. Paytaxt təmsilçisi “Sassuolo”nu, Turin klubu “Sampdoriya”nı sınağa çəkəcək. Son çempion “Milan” isə bazar ertəsi meydana çıxacaq. “Salernitana” ilə ev oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İspaniya La Liqasında ikinci yerin sahibi “Real” “Espanyol”la qarşılaşacaq. Bu gün baş tutacaq oyun Bakı vaxtı ilə 17:00-da start götürəcək. Lider “Barselona” isə martın 13-də oynayacaq. Katalonlar Bakı vaxtı ilə 00:00-da çətin “Atletik” matçına çıxacaqlar.

Türkiyə Super Liqasının lideri “Qalatasaray” “Kasımpaşa”nı sınağa çəkəcək. Bu gün keçiriləcək oyun 20:00-da başlayacaq. Sabah isə “Başakşehir” və “Beşiktaş” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunun başlanma saatı 20:00-dır.

Həftəsonunun maraqlı oyunları

11 mart

İngiltərə Premyer Liqası

16:30. “Bornmut” - “Liverpul”

19:00. “Lester” - “Çelsi”

19:00. “Tottenhem” - “Nottingem”

21:30. “Kristal Pelas” - “Mançester Siti”

Almaniya Bundesliqası

18:30. “Bavariya” - “Auqsburq”

21:30. “Şalke” - “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

21:00. “Napoli” - “Atalanta”

İspaniya La Liqası

17:00. “Real” - “Espanyol”

Türkiyə Super Liqası

“Qalatasaray” - “Kasımpaşa”

12 mart

İngiltərə Premyer Liqası

18:00. “Fulhem” - “Arsenal”

18:00. “Mançester Yunayted” - “Sauthempton”

Fransa Liqa 1

00:00. “Brest” - PSJ

İtaliya A Seriyası

21:00. “Roma” - “Sassuolo”

23:45. “Yuventus” - “Sampdoriya”

Türkiyə Super Liqası

20:00. “Başakşehir” - “Beşiktaş”
]]>
azad Sat, 11 Mar 2023 16:11:51 +0400
Mahir Emreli “Konyaspor”da debüt etdi https://insanhuquqlari.az/gundem/35375-mahir-emreli-konyasporda-debt-etdi.html https://insanhuquqlari.az/gundem/35375-mahir-emreli-konyasporda-debt-etdi.html Mahir Emreli “Konyaspor”da debüt etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubunda debüt edib.

Bu, “Afyonspor”la yoldaşlıq matçına təsadüf edib.

Matça start heyətdə başlayan Emreli, ikinci hissədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma “Konyaspor”un 5:0 hesablı qələbəsi ilə başa çatıb.
]]>
azad Tue, 21 Feb 2023 18:32:21 +0400
Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib - FOTO https://insanhuquqlari.az/idman/35362-rusiyada-dnya-empionu-olmu-soydamz-qtl-yetirilib-foto.html https://insanhuquqlari.az/idman/35362-rusiyada-dnya-empionu-olmu-soydamz-qtl-yetirilib-foto.html Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib - FOTO
Rusiya Federasiyasının Dərbənd şəhərində ciu-citsu döyüşü və kimano ilə qrapplinq yarışları üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Vidadi Mərdanov qətlə yetirilib.

Cinayət hadisəsi Dərbənd şəhərinin Qaqarin küçəsində baş verib.

Belə ki, Vidadi Mərdanov bir neçə şəxs tərəfindən söhbətə dəvət edilib.

Evindən küçəyə çıxan idmançıya odlu silahdan atəş açılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən edə bilsələr də, onları saxlayıb istintaqa cəlb etmək hələlik mümkün olmayıb.

Axtarışlar davam etdirilir.
Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirilib - FOTO

Mənbə: İzvestiya]]>
azad Tue, 21 Feb 2023 12:21:14 +0400
Rus və ukraynalı futbolçular arasında əlbəyaxa dava - Video https://insanhuquqlari.az/gundem/35274-rus-v-ukraynal-futbolular-arasnda-lbyaxa-dava-video.html https://insanhuquqlari.az/gundem/35274-rus-v-ukraynal-futbolular-arasnda-lbyaxa-dava-video.html Rus və ukraynalı futbolçular arasında əlbəyaxa dava - Video

Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klubun futbolçuları əlbəyaxa davaya çıxıblar.

Hadisə Antalyada yerləşən hotellərin birində baş verib.

Məlumata görə, dava rus futbolçulardan birinin hotel əməkdaşına kobud davranması nəticəsində baş verib. Davada bir neçə futbolçuda sınıq əmələ gəldiyi bildirilib.

Hadisədən sonra hər iki komanda hoteli tərk edib.

]]>
azad Thu, 16 Feb 2023 19:33:12 +0400
“Qarabağ” “Gent”ə qarşı https://insanhuquqlari.az/gundem/35273-qaraba-gent-qar.html https://insanhuquqlari.az/gundem/35273-qaraba-gent-qar.html “Qarabağ” “Gent”ə qarşı

“Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Ağdam təmsilçisi Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunu
16 fevral

21:45. Qarabağ – Gent
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
]]>
azad Thu, 16 Feb 2023 19:24:50 +0400
O da formasını sataraq zəlzələ qurbanlarına yardım etdi https://insanhuquqlari.az/idman/35198-o-da-formasn-sataraq-zlzl-qurbanlarna-yardm-etdi.html https://insanhuquqlari.az/idman/35198-o-da-formasn-sataraq-zlzl-qurbanlarna-yardm-etdi.html O da formasını sataraq zəlzələ qurbanlarına yardım etdi

Türkiyənin “Qalatasaray” klubunun keçmiş ulduzlarından Cevad Prekazi sarı-qırmızılı formasını sataraq gəlirini zəlzələ qurbanlarına yardım edib.

Prekazi bu haqda sosial media hesabından yazıb.

O, hərraca çıxardığı imzalı formasını ən yüksək təklif olan 210 min lirəyə (təxminən 19 000 manat) satıb.
]]>
azad Mon, 13 Feb 2023 22:20:56 +0400
UEFA da Türkiyəyə yardım ayırdı https://insanhuquqlari.az/gundem/35151-uefa-da-trkiyy-yardm-ayrd.html https://insanhuquqlari.az/gundem/35151-uefa-da-trkiyy-yardm-ayrd.html UEFA da Türkiyəyə yardım ayırdı

UEFA bir neçə gün əvvəl baş verən güclü zəlzələdən zərərçəkənlərə görə Türkiyəyə və Suriyaya yardım ayırıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. UEFA zərərçəkənlər üçün ümumilikdə 200 min avro ödəyəcəyini bildirib.

Bu yardımdan 150 min avro Türkiyə Futbol Federasiyasının hesabına, 50 min avro isə Beynəlalq Yardımlaşma və İnteqrasiya Vəqfinin hesabına köçürüləcək. Daha sonra həmin məbləğ zəlzələdən zərər görən bölgələrdəki insanlar üçün sərf olunacaq.

UEFA-nın prezidenti Aleksander Çeferin isə məsələ ilə bağlı açıqlamasında deyib ki, UEFA baş verən dramatik hadisə səbəbindən ilk yardımını edir.]]>
azad Fri, 10 Feb 2023 22:00:10 +0400
Məşhur basketbolçudan Türkiyəyə dəstək https://insanhuquqlari.az/gundem/35128-mhur-basketboludan-trkiyy-dstk.html https://insanhuquqlari.az/gundem/35128-mhur-basketboludan-trkiyy-dstk.html Məşhur basketbolçudan Türkiyəyə dəstək

Türkiyənin milli basketbolçusu Furkan Korkmazın zəlzələdən zərərçəkənlər üçün başlatdığı yardım kampaniyasına komanda yoldaşı, “Filadelfiya 76ers”in oyunçusu Ceyms Harden də qoşulub.

Bu haqda Furkan tviter hesabından məlumat paylaşıb.

Korkmaz açıqlamasında “Hardenlə də danışdım. O, bizim dərdimizə şərik olduğunu və nə lazımdırsa etmək istədiyini bildirdi. Onun imzalı formasını da hərracla satışa çıxarırıq. Əldə olunacaq gəlir zəlzələ bölgəsində istifadə etmək üçün Ahbap Dərnəyinə göndəriləcək”, - deyə qeyd edib.
]]>
azad Thu, 09 Feb 2023 21:36:08 +0400