ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

UEFA həftənin oyunçusu adına namizədləri açıqladıUEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

"insanhuquqlari.az"in məlumatına görə, bu ad uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar İngiltərə "Vulverhempton"unun qapıçısı Ruy Patrisiu, İspaniya "Sevilya"sının müdafiəçisi Serxio Regilon, Danimarka "Kopenhagen"inin hücumçusu Yonas Vinn və Ukrayna "Şaxtyor"unun forvardı Junior Moraesdir.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, "Vulverhempton" 1/8 final mərhələsində Yunanıstan "Olimpiakos"unu (1:1, 1:0), "Sevilya" İtaliya "Roma"sını (2:0), "Kopenhagen" Türkiyə "Başakşehir"ini (0:1, 3:0), "Şaxtyor" isə Almaniya "Volfsburq"unu (2:1, 3:0) mübarizədən kənarlaşdırıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR