Hadisə - İnsanhuquqlari.az https://insanhuquqlari.az/ tr Hadisə - İnsanhuquqlari.az DataLife Engine Türkiyədə terrorçuların 70-dən çox sığınacağı məhv edilib https://insanhuquqlari.az/gundem/35726-trkiyd-terrorularn-70-dn-ox-snaca-mhv-edilib.html https://insanhuquqlari.az/gundem/35726-trkiyd-terrorularn-70-dn-ox-snaca-mhv-edilib.html Türkiyədə terrorçuların 70-dən çox sığınacağı məhv edilib]]> azad Sun, 10 Dec 2023 19:45:17 +0400 Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk https://insanhuquqlari.az/gundem/35495-sui-qsd-chdindn-sonra-fazil-mustafadan-ilk.html https://insanhuquqlari.az/gundem/35495-sui-qsd-chdindn-sonra-fazil-mustafadan-ilk.html Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk]]> azad Wed, 29 Mar 2023 23:18:42 +0400 Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto https://insanhuquqlari.az/gundem/35437-dhtli-qzada-ba-avu-ld-gizir-xsart-ald-foto.html https://insanhuquqlari.az/gundem/35437-dhtli-qzada-ba-avu-ld-gizir-xsart-ald-foto.html Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ətraflı

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Fotoda qəzada həyatını itirən Elçin Yaqubəliyev
Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto
Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto
Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto


]]>
azad Tue, 14 Mar 2023 10:23:21 +0400
Samir Salam saxlanıldı https://insanhuquqlari.az/gundem/35422-samir-salam-saxlanld.html https://insanhuquqlari.az/gundem/35422-samir-salam-saxlanld.html Samir Salam saxlanıldı

Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var.

Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

Hüquq-mühafizə orqanlarının ötən gün keçirdikləri əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.
]]>
azad Mon, 13 Mar 2023 16:57:42 +0400
Bakıdakı silahlı insidentə görə saxlanılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA https://insanhuquqlari.az/gundem/35420-bakdak-silahl-insident-gr-saxlanlan-xslrl-bal-rsm-aiqlama.html https://insanhuquqlari.az/gundem/35420-bakdak-silahl-insident-gr-saxlanlan-xslrl-bal-rsm-aiqlama.html Bakıdakı silahlı insidentə görə saxlanılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi martın 10-u saat 14 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyevin şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.]]>
azad Mon, 13 Mar 2023 16:27:35 +0400
Azərbaycanda ər arvadını QƏTLƏ YETİRDİ https://insanhuquqlari.az/gundem/35415-azrbaycanda-r-arvadn-qtl-yetrd.html https://insanhuquqlari.az/gundem/35415-azrbaycanda-r-arvadn-qtl-yetrd.html Azərbaycanda ər arvadını QƏTLƏ YETİRDİ
Gəncədə qətl hadisəsi baş verib.

Hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı 1989-ci il təvəllüdlü Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

]]>
azad Mon, 13 Mar 2023 12:38:00 +0400
Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı https://insanhuquqlari.az/hadise/35393-dnnki-atmaya-gr-emin-naxvanskinin-qarda-saxlanld.html https://insanhuquqlari.az/hadise/35393-dnnki-atmaya-gr-emin-naxvanskinin-qarda-saxlanld.html Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir.

Qeyd edək ki, dünən Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir. Silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

İddialara görə, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Eminin hazırda Azərbaycanda olmadığı bildirilir. Həyatda olan yeganə qardaşı Elvin Qasımov isə Bakıda yaşayır. Onun kriminal aləmlə bağlılığı olmadığı və restoran biznesi ilə məşğul olduğu deyilir.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları açıqlanmamışdı.]]>
azad Sat, 11 Mar 2023 10:23:54 +0400
Əsgər silahdan açılmış atəş nəticəsində ÖLDÜ https://insanhuquqlari.az/gundem/35389-sgr-silahdan-alm-at-nticsind-ld.html https://insanhuquqlari.az/gundem/35389-sgr-silahdan-alm-at-nticsind-ld.html Əsgər silahdan açılmış atəş nəticəsində ÖLDÜ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hərbi Prokurorluqdan bildirilib.

Məlumata görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
]]>
azad Fri, 10 Mar 2023 21:22:39 +0400
DİN bugünkü atışma ilə bağlı yeni məlumat yaydı https://insanhuquqlari.az/gundem/35386-dn-bugnk-atma-il-bal-yeni-mlumat-yayd.html https://insanhuquqlari.az/gundem/35386-dn-bugnk-atma-il-bal-yeni-mlumat-yayd.html DİN bugünkü atışma ilə bağlı yeni məlumat yaydı

Daxili İşlər Nazirliyi bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb:

“Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır.
Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.]]>
azad Fri, 10 Mar 2023 19:30:08 +0400
Güllələnənlərdən biri tələbədir https://insanhuquqlari.az/gundem/35380-glllnnlrdn-biri-tlbdir.html https://insanhuquqlari.az/gundem/35380-glllnnlrdn-biri-tlbdir.html Güllələnənlərdən biri tələbədir

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir.

Güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır.

Universitetdən məlumatı saytımıza təsdiq ediblər.

Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kişi çölə çıxıblar: “Həmin vaxt artıq cinayətkar qaçmışdı. Yaralılar ayağından vurulmuşdu. Dərhal təcili yardım çağırdıq, həmin əsnada yaralılardan biri mənə bildirib ki, tələbədir”.]]>
azad Fri, 10 Mar 2023 16:28:38 +0400