ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Polisin özünü güllələməsinin TƏFƏRRÜATLARI - YENİLƏNİB

Baxış Sayı:11

Polisin özünü güllələməsinin TƏFƏRRÜATLARI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, onun bir övladı var.

Qeyd edək ki, onun bir müddət öncə psixoloji problemlərdən əziyyət çəkdiyi üçün DİN-in Hospitalında müalicə aldığı bildirilir.

Seymur Əli

***

11:48

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Hazırda məsələ araşdırılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR