Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
İnsanhuquqları xəbər verir ki, sabiq futbolçu İnstaqram hesabında COP29 çərçivəsində səfər etdiyi Bakıda keçirdiyi görüşləri əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Ronaldinyo səfəri zamanı Azərbaycan futbol klublarının yeniyetmə futbolçuları ilə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb və BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirak edib.
Qeyd edək ki, Ronaldinyo noyabr ayının 12-də Bakıya gəlib, bu gün isə səfərini başa vurub.