ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyevdən seçki gününün sensasion aktı...

İlham Əliyevdən seçki gününün sensasion aktı...

Heyrətamiz gedişdir: yəqin ki, çoxumuz İlham Əliyevin Şuşada səs verəcəyini gözləyirdik - qayət normal, proqnozlaşdırılan idi. Ancaq məhz Xankəndini seçməsi seçki gününün sensasion siyasi aktı oldu.

İlham Əliyev müstəqillik tariximizdə ölkənin bütün ərazisini əhatə edən ilk seçkimizdə - 7 fevral 2024-cü il tarixində yox, tarixi günündə - onillərlə separatçı yuvasına çevrilən Xankəndi şəhərinə gedir, məhz separatçıların onillərlə qərargaha çevirdiyi iqamətgahdan səs verir – həm də ailə üzvləri ilə birgə: məhz bu şəhəri, məhz bu iqamətgahı arındırır, ora səsimizi, sözümüzü və bütövlüyümüzü götürür və bu şəhəri seçkilərin mərkəzinə çevirir; bütün nəzərləri Xankəndiyə yönəldir.

Bu, yalnız ölkə daxilinə verdiyi mesaj deyil – baxmayaraq ki, sosial şəbəkələrdə bunu sevinclə, fərəhlə qarşılayanların sayı-hesabı yoxdur; xüsusilə Xankəndiyə köçməyi səbirsizliklə gözləyən xankəndililər “Prezident bizim şəhərdə səs verdi” deyə, qürurla paylaşım edir, şərhlər yazırlar – haqq edirlər, əcəb edirlər, onillərdən sonra sevinmək, qürurlanmaq ana südü kimi halal haqlarıdır!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR