ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentliyə namizəd Razi Nurullayev səs verdi

Prezidentliyə namizəd Razi Nurullayev səs verdi

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

İnsanhuquqları xəbər verir ki, o, 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR