ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Nobel” medalını 103 milyon dollara satdı - Ukraynalı uşaqlara görə

Baxış Sayı:127

“Nobel” medalını 103 milyon dollara satdı - Ukraynalı uşaqlara görə


Rusiyanın “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov ukraynalı uşaqlara yardım etmək üçün öz “Nobel” medalını hərracda 103,5 milyon dollara satıb.

insahquqlari.az “The Guardian”a istinadən xəbər verir ki, medalı alan şəxsin adı açıqlanmayıb.

Bildirilir ki, bu, mükafat tarixində “Nobel” medalına verilən ən yüksək qiymət olub.

Muratovun sözlərinə görə, əldə edilən gəlir ukraynalı qaçqın uşaqlara yardım etmək üçün YUNİSEF-ə göndəriləcək.

Xatırladaq ki, D.Muratov 2021-ci ilin oktyabrında “demokratiya və davamlı sülh üçün ilkin şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatına layiq görülüb. O, mart ayının sonlarında ukraynalı uşaqlara yardım etmək üçün medalını satışa çıxarmaq barədə qərar verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR