ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda hökumətin qərarı ucuzluq yox, bahalıq yaradacaq - NƏ ETMƏLİ?

Baxış Sayı:130

Azərbaycanda hökumətin qərarı ucuzluq yox, bahalıq yaradacaq - NƏ ETMƏLİ?


Bu ilin dövlət büdcəsində ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Maraqlıdır ki, bu, ucuzluq yarada biləcəkmi? Cebhe.info-ya açıqlamasında Akif Nəsirli bildirib ki, hər hansı ucuzluqdan söhbət gedə bilməz:

"Hər hansı ucuzluqdan söhbət gedə bilməz. Bu tədbir ucuzluq yaratmayacaq. Layihə indiyə qədər görülən bahalaşma fonunda vətəndaşların itən real gəlirlərini bərpa etmək məqsədi daşıyır. Bununla vətəndaşların itən gəlirləri müəyyən formada kompensassiya ediləcək. Xərclərin artırılması ilə maliyyə sferasında əlavə vəsait artacaq. Bu da yenidən infilyasiya effekti yaradacaq. Xərclərin artırılması indiki qiymətlərin bahalaşmasını bir qədər də provakasiya edəcək".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR