ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu gü Azərbaycan, Bakı, “Holiday İnn Baku” otelində “Sahibkarı TAP” layihəsi keçirilib

Bu gü  Azərbaycan, Bakı, “Holiday İnn Baku”  otelində “Sahibkarı TAP” layihəsi keçirilib

Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “müharibə təsirinə məruz qalmış regionlarda iqtisadi inkişaf istiqamətində araşdırma” istiqamətində həyata keçirilən “Sahibkarı TAP” layihəsi çərçivəsində aparılan araşdırma işinin nəticələrinə və tətqiqat prosesinə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə aidiyyatı üzrə dövlət qurumları, beynəlxalq təşkilatlar və fondların məsul şəxsləri iştirak edərək mövcud vəziyyət və prespektivləri müzakirə edib.
Layihənin icrasında əsas məqsəd ölkənin müharibə təsirinə məruz qalmış rayonlarında sahibkarlıq düşüncə tərzinə malik şəxslərinin aşkarlanması və mövcud potensialın dəyərləndirilməsini təşkil etməkdən ibarətdir. Belə ki, Gəncə, Ağdam, Bərdə və Tərtər rayonlarında əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə atılacaq addımları düzgün hesablamaq məqsədilə aparılan araşdırma işi sonrakı mərhələdə proseslərdə kompas rolunu oynayıb. Həmçinin araşdırma nəticələrinə görə sahibkarlıq potensialı yüksək olan bölgələrdə, vətəndaşlarla davamlı işin təşkili və onların inkişafına xidmət edəcək fəaliyyətlərin icrası da layihənin davamlılıq mərhələsində həyata keçirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR