ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək

Bu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcəklər.

Görüş “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün artıq Türkiyədə səfərdədir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR